https://sputnik.az/20230506/azerbaycanin-beynelxalq-nufuzu-artmaqdadir---cenubi-qafqazda-lider-olan-olkede-yasayiriq-454563880.html
Azərbaycanın beynəlxalq nüfuzu artmaqdadır - Cənubi Qafqazda lider olan ölkədə yaşayırıq
Azərbaycanın beynəlxalq nüfuzu artmaqdadır - Cənubi Qafqazda lider olan ölkədə yaşayırıq
Sputnik Azərbaycan
Nazirlər "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda çıxış... 06.05.2023, Sputnik Azərbaycan
2023-05-06T12:06+0400
2023-05-06T12:06+0400
2023-05-06T12:06+0400
heydər əliyev ili
ceyhun bayramov
mikayıl cabbarov
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230420_0:320:3072:2048_1920x0_80_0_0_69b4810a289ea8d443c0987b060ee3f0.jpg
BAKI, 6 may - Sputnik. "Bu gün Azərbaycanın beynəlxalq nüfuzu daha da artmaqdadır". Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri də milli mənafelərə əsaslanan səmərəli və praqmatik xarici siyasət strategiyasının qurulması idi:C.Bayramov bildirib ki, Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idi:Nazir vurğulayıb ki, Azərbaycanın postmünaqişə dövründə regionda sülh səyləri xarici siyasət xəttimizdə yeni dövrün başlanğıcının göstəricisidir:"Bu gün ölkəmizin beynəlxalq nüfuzu daha da artmaqdadır. Əminik ki, bütün bu nailiyyətlərə görə Ulu Öndərin ruhu şaddır". İqtisadiyyat naziri Mikayıl Cabbarov isə Bakıda "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransdakı çıxışında bildirib ki, Azərbaycanın yaxın gələcəkdə qarşısında duran əsas məsələ - işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlıdır. "Bugün biz ərazi bütövlüyünü bərpa etmiş, azad, sosial-iqtisadi göstəriciləri yüksək, dünyada nüfuzlu və etibarlı tərəfdaş, Cənubi Qafqazda lider olan ölkədə yaşayırıq. Ehtiramla yad etdiyimiz Ulu Öndər Heydər Əliyev məhz belə qüdrətli Azərbaycanı görmək arzusunda idi. Bugünkü uğurlarımızın əsasında onun müstəsna xidmətləri və mütərəqqi ideyaları dayanır. Dünya siyasətçilərinin birinciləri sırasında dahi və fenomenal siyasətçi kimi xüsusi yer tutan Ulu Öndərimizin əziz xatirəsi hər birimizin qəlbində daim yaşayır və bundan sonra da əbədi olaraq yaşayacaq", - deyə o qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230420_341:0:3072:2048_1920x0_80_0_0_43362ffd92c8f2f033e4793887ce0e3c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ceyhun bayramov, mikayıl cabbarov
ceyhun bayramov, mikayıl cabbarov
Azərbaycanın beynəlxalq nüfuzu artmaqdadır - Cənubi Qafqazda lider olan ölkədə yaşayırıq
Nazirlər "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda çıxış ediblər.
BAKI, 6 may - Sputnik. "Bu gün Azərbaycanın beynəlxalq nüfuzu daha da artmaqdadır". Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri də milli mənafelərə əsaslanan səmərəli və praqmatik xarici siyasət strategiyasının qurulması idi:
"Ümummilli Lider Heydər Əliyev keçmiş münaqişənin həllini ən vacib məsələ kimi xarici siyasət gündəliyində müəyyən etmişdi. Bu istiqamətdə atılmış mühüm addımlardan biri atəşkəsin əldə edilməsi oldu".
C.Bayramov bildirib ki, Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idi:
"Ümummilli Lider torpaqlarımızın azad olunacağını və xalqımızın öz yurd-yuvalarına qayıdacağını bildirirdi. Bu missiya Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yerinə yetirildi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi. Azad edilən ərazilərimiz dövlət başçısının rəhbərliyi ilə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəal iştirak ilə yenidən dirçəlir. Bu gün üçrəngli bayrağımız azad edilən torpaqlarda qürurla dalğalanır".
Nazir vurğulayıb ki, Azərbaycanın postmünaqişə dövründə regionda sülh səyləri xarici siyasət xəttimizdə yeni dövrün başlanğıcının göstəricisidir:
"Bu gün ölkəmizin beynəlxalq nüfuzu daha da artmaqdadır. Əminik ki, bütün bu nailiyyətlərə görə Ulu Öndərin ruhu şaddır".
İqtisadiyyat naziri Mikayıl Cabbarov isə Bakıda "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransdakı çıxışında bildirib ki, Azərbaycanın yaxın gələcəkdə qarşısında duran əsas məsələ - işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlıdır.
"Bu proses soydaşlarımızın əzəli torpaqlarımıza Böyük qayıdışı ilə üst-üstə düşür. Sahibkarlara və investorlara Qarabağda biznes qurmaqda dövlət tərəfindən zəruri dəstək təmin edilir, güzəşt və imtiyazlar verilir. Əminliklə deyə bilərik ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş milli prioritetlər üzrə yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcək islahatlar, ardıcıl tədbirlər sayəsində Azərbaycanda iqtisadi artım meyilləri daha da yüksələcək. Bunu müxtəlif beynəlxalq reytinq agentlikləri və maliyyə qurumlarının ölkəmizin iqtisadiyyatı ilə bağlı müsbət proqnozları da təsdiq edir", - deyə nazir əlavə edib.
"Bugün biz ərazi bütövlüyünü bərpa etmiş, azad, sosial-iqtisadi göstəriciləri yüksək, dünyada nüfuzlu və etibarlı tərəfdaş, Cənubi Qafqazda lider olan ölkədə yaşayırıq. Ehtiramla yad etdiyimiz Ulu Öndər Heydər Əliyev məhz belə qüdrətli Azərbaycanı görmək arzusunda idi. Bugünkü uğurlarımızın əsasında onun müstəsna xidmətləri və mütərəqqi ideyaları dayanır. Dünya siyasətçilərinin birinciləri sırasında dahi və fenomenal siyasətçi kimi xüsusi yer tutan Ulu Öndərimizin əziz xatirəsi hər birimizin qəlbində daim yaşayır və bundan sonra da əbədi olaraq yaşayacaq", - deyə o qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.