Heydər Əliyev adına Beynəlxalq Hava Limanında cümə günü, mayın 5-də Red Wings aviaşirkətinin ilk reysi eniş edib. Aviadaşıyıcını istehsalın idarəolunması mərkəsinin direktoru Samir Əsgərov təmsil edib.
“Red Wings aviaşirkəti üçün Moskva-Bakı aviaşirkəti üzrə birinci reys marşrut şəbəkəsinin inkişafı və aviaşirkətin beynəlxalq aviadaşımalar bazarında iştirak coğrafiyasının genişləndirilməsində vacib addımdır. Biz sərnişinlərimizə uçuş zamanı yüksək təhlükəsizlik və rahatlıq səviyyəsini təmin etməyə can atırıq və ümid edirik ki, yeni istiqamət iki ölkə arasında turizm və biznesin inkişafına yardım edəcək”, - deyə Red Wings-in baş direktoru Yevgeni Solodilin qeyd edib.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
© Photo : JSC Red Wings
Moskva-Bakı və Bakı-Moskva reyslərinin ilk sərnişinləri Red Wings aviaşirkətindən xatirə suvenirləri alıblar. Bakı ənənə və müasirliyin yanaşı olduğu şəhərdir, burada əbədi gəncliyin və pozitivliyin ruhu yaşayır. Ümid edirik ki, sərnişinlər Bakıya uçmaq üçün bizim şirkətimizi seçəcəklər.
Moskva-Bakı reysləri mayın 5-nə keçən gecədən start götürüb və cümə axşamı və bazar günləri həyata keçiriləcək, Bakı-Moskva reysləri mayın 5-dən bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 30 dəqiqə olacaq. Uçuşlar 100 kresloluq müasir rahat SSJ100 laynerləri ilə həyata keçiriləcək.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
© Photo : JSC Red Wings
Red Wings aviaşirkəti “Rostex” Dövlət korporasiyasının konturuna daxildir və SSJ100-ün ikinci ən böyük istismarçısıdır. Bu gün aviaşirkətin donanmasının əsasını 19 SSJ100 təyyarəsi təşkil edir.
2023-cü ildə Red Wings uçuş proqramlarını fəal şəkildə inkişaf etdirməyi və Rusiya aviasiya texnikasının etalon istismarçısı qismində öz strategiyasına əməl edərək yerli aviaquruculuğun imicini aktiv olaraq dəstəkləməyi planlaşdırır.