BAKI, 4 may — Sputnik. Şuşada ikinci beynəlxalq şahmat turniri keçiriləcək.
Bu barədə gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Şuşada ikinci beynəlxalq şahmat turnirinin keçirilməsi məsələsi artıq təsdiqini tapıb.
Qeyd edək ki, 2022-ci ilin 21-24 sentyabr tarixlərində birinci "Shusha Chess 2022" beynəlxalq şahmat turniri keçirilib.
Xatırladaq ki, ötənilki turnir iki kateqoriyada - kişilər və qadınlar arasında keçirilib. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparıb. Kişilər arasında 26 xalla Şəhriyar Məmmədyarov qalib olub. Qadınların yarışında isə gürcü şahmatçısı Meri Arabidze 24 xalla birinci yeri tutub.