BAKI, 2 may — Sputnik. Silah, hərbi texnika və sursatların istehsalı və təchizatında yaranmış problemli məsələlərin operativ həlli üçün idarələr arasında qarşılıqlı fəaliyyət sistemi səmərəli olub. Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Rusiya Federasiyası Silahlı Qüvvələrinin rəhbərliyi ilə keçirdiyi konfransda deyib.
O xatırladıb ki, Rusiya qoşun qruplaşmalarının xüsusi hərbi əməliyyat zonasındakı hərəkətləri silahların, hərbi texnikanın və sursatların vaxtında doldurulmasından asılıdır, ölkə rəhbərliyi qarşımıza onların istehsal sürətini və həcmini qısa müddətdə artırmaq vəzifəsini qoyub.
"Bu baxımdan bütün qurumların işini əlaqələndirən, problemli məsələlərin operativ həllini təmin edən idarələrarası qarşılıqlı fəaliyyət sistemi səmərəli şəkildə qurulub", - deyə qeyd edilib.