BAKI, 2 may — Sputnik. Kreml və Rusiyanın maliyyə departamentləri ABŞ dövlət borcunun mümkün defoltu ilə bağlı vəziyyəti diqqətlə izləyir.
Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov səhər konfransı zamanı deyib.
Onun sözlərinə görə, hazırda ABŞ iqtisadiyyatı bir sıra problemlərlə, o cümlədən yüksək inflyasiya ilə üzləşib.
"Biz fiskal departamentlərimiz də daxil olmaqla, bunu yaxından izləyirik. Amma ilk dəfə deyil ki! Bu, təəccüblü dərəcədə müntəzəmliklə baş verir. İndiyə qədər ABŞ həll yollarını tapıb. Biz bu dəfə də diqqətlə izləyəcəyik", - deyə "aif.ru" saytının müxbiri Kreml nümayəndəsinin sözlərindən sitat gətirib.
Bundan əvvəl ABŞ maliyyə naziri Janet Yellen xəbərdarlıq edib ki, əgər Konqres borc limitini artırmasa, onun rəhbərlik etdiyi idarə artıq iyun ayına qədər ölkənin dövlət borcuna xidmət göstərə bilməyəcək.