BAKI, 1 may — Sputnik. "İŞİD-dən PKK-ya qədər terror təşkilatlarının heç birinin nəfəs almasına imkan vermirik".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli döyüş təyarəsinin tanıdılması tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, terrorçularla əməkdaşlıq edənlər də var: "Mənim millətim belələrinə bu ölkəni təslim etməz".
R.T.Ərdoğanın sözlərinə görə, "Kaan" təyyarəsi radarlara görünmədən uçue: "Bu təyyarə düşmənin mağaralarını darmadağın etməyə qadirdir. Bir neçə aydan sonra "Kaan" sınaq uçuşlarını tamamlayacaq və Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək".
Türkiyə lideri bildirib ki, "Hürkuş" təyyarəsi dost və qardaş ölkələrə də ixrac ediləcək.