İDMAN

Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Hakimlərin yekdil qərarı ilə qələbə qazanan Ümid Rüstəmov ikinci və üçüncü raundlarda rəqibini noqdauna salmağı bacarıb.
Sputnik
BAKI, 1 may - Sputnik. Azərbaycan boksçusu Ümid Rüstəmov Özbəkistanın paytaxtı Daşkənddə bu gün start götürən dünya çempionatına qələbə ilə başlayıb.
57 kq-da çıxış edən idmançı 1/32 finalda mərakeşli Süleyman Samqulini sınağa çəkib.
Hakimlərin yekdil qərarı ilə qələbə qazanan Rüstəmov ikinci və üçüncü raundlarda rəqibini noqdauna salmağı bacarıb (Report).
Qeyd edək ki, mayın 15-dək davam edəcək mundialda Azərbaycanın ümumilikdə 13 boksçusu qüvvəsini sınayacaq.