"Bünövrə yaxşı olmadıqda növbəti mərtəbələr də etibarlı olmayacaq. İbtidai təhsillə bağlı vəziyyət Azərbaycan təhsilinin ən ciddi problemlərindən biri hesab olunmalıdır. Çünki təhsilin bünövrəsi, gələcək nəticəsi məhz ibtidai təhsildən asılıdır. Lakin təəssüflər olsun ki, ibtidai təhsilin hazırkı vəziyyəti kölgədə qalıb, formal bir hal alıb".
"Artıq ibtidai sinif müəllimləri ali məktəbə tələbə hazırlayan repetitorları sayca üstələyib. Bəzilərinin əsas məqsədi məhz repetitorluqla məşğul olmaqdır. Uşaq ibtidai sinif müəlliminin yanına hazırlığa getmirsə, şagird artıq onun gözündə çıxdaş olunmuş sayılır, dəyərdən düşür. Bu uşaqların psixologiyasını məhv etmək bu cür müəllimlər üçün su içmək qədər asandır", - deyə o əlavə edib.
"Nəticələri uğurlu olan müəllimlərin maaşı artırılır. İbtidai sinif müəllimləri repetitorluq sevdasından əl çəkməsələr, uzaqlaşdırılmasalar, biz nəyəsə nail ola bilməyəcəyik".
"Azərbaycan məktəbləri ibtidai təhsil vermir. Şagirdlər sadəcə olaraq məktəbə gedib-gəlirlər. Demək olar ki, bütün uşaqlar repetitor yanındadırlar. Bunun əsas səbəblərindən biri ibtidai siniflərdə şagird sıxlğınıın olması ilə bağlıdır. Bakıda elə məktəb yoxdur ki, orada şagird sayı 25-dək, ayxud elə 25 olsun. Siniflərdə azı 37, 45 və daha çox uşaq olur. Binə, Abşeron, Xırdalanda 50-55 şagirdlik siniflər var. Hazırda şagird sıxlığı keyfiyyətə ciddi şəkildə təsir edir".