İDMAN

"Qarabağ"ın daha bir oyununun vaxtı dəyişdirilib

Ağdamlıların bir tur sonra "Qəbələ" ilə ev qarşılaşmasının mayın 8-də baş tutması qərara alınıb.
Sputnik
BAKI, 28 aprel — Sputnik. "Qarabağ"ın Azərbaycan Premyer Liqasında daha bir oyununun vaxtı dəyişdirilib.
Peşəkar Futbol Liqasının xəbərinə görə, Ağdam təmsilçisi XXXIII turda "Qəbələ" ilə oyunu öncədən nəzərdə tutulduğu kimi, mayın 6-da keçirməyəcək.
XXXII turun "Neftçi" – "Qarabağ" görüşü aprelin 30-dan mayın 2-nə təxirə salındığından, ağdamlıların bir tur sonra "Qəbələ" ilə ev qarşılaşmasının mayın 8-də baş tutması qərara alınıb.
Qeyd edək ki, "Azersun Arena"da baş tutacaq "Qarabağ" - "Qəbələ" oyunu saat 20:00-da start götürəcək.