"Bazarda alqı-satqı çox nadir halda olur və qiymətlər də müəyyən şəxslərin nəzarəti altında idi. Naxçıvanda azad bazar münasibətləri demək olar ki, yox idi. Kimsə öz əmlakını satmaq istəyirdisə və o ciddi əhəmiyyətli bir qeyri-yaşayış sahəsi və ya villa idisə, mütləq müəyyən maneələrə rast gəlirdi. Azad bazar münasibətləri olmadığına görə daşınmaz əmlak bazarındakı qiymətlər də tələb və təklifə uyğun olaraq tənzimlənmirdi", - deyə qurum rəhbəri bildirib.
"Ölkənin aparıcı bankları hazırda Naxçıvanda öz filiallarını açır və bura ciddi kreditlər ayrılır. Bunlar daşınmaz əmlak bazarında aktivliyin təmini üçün əsas şərtlərdəndir. Naxçıvan İran və Türkiyə ilə həmsərhəddir və bu iki dövlətlə ticarət əlaqələri var. Buna görə də daşınmaz əmlaka qoyulan investisiya baxımından Naxçıvanın perspektivləri çox böyükdür", - deyə V.Oruc fikrini taamamlayıb.