"Çünki noyabrın 9-da verilən bəyanatla Laçın dəhlizi tamamilə Rusiyaya verilib və orada baş verən bütün hadisələrə görə Rusiya məsuliyyət daşıyır. Rusiya isə elə hərəkət etməlidir ki, "Dağlıq Qarabağ"da yaşayan 120 min erməni etnik təmizləməyə məruz qalmasın. "Əgər məsələlər danışıqlar yolu ilə həll olunmasa, o zaman tədbirlər görülməlidir", - deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib.
"2023-cü il aprelin 23-də Azərbaycan tərəfi birtərəfli və razılaşdırılmamış hərəkətlər nəticəsində Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingentinin 1 saylı müşahidə məntəqəsinin ərazisində (Həkəri çayı üzərindəki körpü) nəqliyyatın hərəkətini kəsib. Sülhməramlı kontingent Azərbaycan tərəfi ilə danışıqlar aparır", - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
"Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır".