BAKI, 27 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı rusiyalı həmkarı Vladimir Putinlə planlaşdırılan danışıqlarda bir daha Ankaranın Ukrayna ilə bağlı vasitəçilik təklifini, danışıqlara çağırmaq niyyətini fadə edəcək. Bu barədə Türkiyə liderinin administrasiyasındakı mənbə RİA Novosti-yə bildirib.
Daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Bakı vaxtı ilə təxminən saat 16:00-da Putinlə Ərdoğan arasında telefon danışığını gözlənilir, bundan sonra prezidentlər Akkuyu AES-ə nüvə yanağının verilməsi mərasimində iştirak edəcək
"Ukraynadakı vəziyyət müzakirə olunacaq. Cənab prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyası və Ukrayna liderləri ilə daim əlaqə saxlayır. Cənab prezident hər fürsətdə tərəfləri danışıqlara çağırır, Ankaraya vasitəçilik təklif edir. Bu baxımdan hazırkı danışıqlar da istisna olmayacaq", - həmsöhbət bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.