BAKI, 26 aprel — Sputnik. Ukrayna taxılının Polşa, Macarıstan, Slovakiya və Bolqarıstana axını yerli fermerlərin mənfi reaksiyasına səbəb olub.
Bu fikri "Foreign Policy" nəşrinin köşə yazarı Kristina Lyu yazıb.
"Polşa, Macarıstan, Slovakiya və Bolqarıstanın Ukrayna taxılının idxalına qadağa qoymasından sonra Avropa İttifaqı qəzəbli Şərqi Avropa fermerlərini sakitləşdirməyə tələsir. Bu narazılıq Aİ-nin Ukrayna ilə bağlı həmrəyliyini pozmaqla təhdid edir" – deyə o bildirib.
Məqalədə qeyd olunur ki, ucuz Ukrayna taxılı bazarlara çıxıb və yerli fermerlər arasında iğtişaşlara səbəb olub.
Bundan əvvəl Polşa hakimiyyəti Polşa məhsullarını ucuzlaşdırmamaq üçün iyunun 30-dək Ukrayna ərazisindən kənd təsərrüfatı məhsullarının idxalına rəsmən qadağa qoyub. Bir neçə gün əvvəl isə polşalı fermerlər 50 traktorla Ukraynadan ərzaq idxalına qarşı etiraz aksiyasına çıxıblar.
Polşanın "Fakt" nəşri onu da yazıb ki, Polşada kəndlilər anbarlarında qalan yüzlərlə ton taxılı sata bilməyiblər. Səbəb yerli bazarı doldurmrş olan "çirklənmiş" texniki Ukrayna kənd təsərrüfatı məhsulları olub.