BAKI, 25 aprel — Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Moskvadadır.
Bu barədə NTV məlumat yayıb.
Onlar Moskvada Rusiya, Türkiyə, İran və Suriyadan olan həmkarları ilə görüşəcəklər.
Xatırladaq ki, ötən gün İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəri general-mayor Məhəmmədrza Gərayi Aştianinin Rusiyaya səfəri başlayıb.
G.Aştiani Türkiyə, Rusiya, Suriya və İran müdafiə nazirləri arasında keçiriləcək dördtərəfli görüşdə iştirak etmək üçün Moskvaya səfər edib.