"Lakin belə olacağı halda bəzi fermerlərimizin vəziyyəti pisləşə bilər. Ölkəyə idxal edilən kənd təsərrüfatı məhsullarının gömrük rüsumunun azaldılmasındansa, yaxşı olardı ki, onlar ölkəmizdə istehsal olunsun. Bu cür məhsulların gömrük rüsumundan azad olunub-olunmaması, onlara görə rüsumların azaldılıb-azaldılmaması məsələsində bir qədər həssas olmaq lazımdır. Düşünürəm ki bu məsələ müzakirə mövzusuna çevrilməli və qərar verməzdən öncə təhlillər aparılmalıdır".
"Bunun üçün xarici təcrübədən də yararlanmaq olar. Ümumiyyətlə xaricdə belə məhsul istehsalçıları daha az vergi ödəyirlər. Azərbaycana idxal olunan belə məhsulların gömrük rüsumu aşağı salına bilər. Bundan başqa uşaq kitabları, uşaq bezləri və digər zəruri məhsullara görə də gömrük rüsumu ləğv olunsa, yaxşı olardı. Bundan başqa, Azərbaycanda da belə məhsulların idxalına görə ƏDV azaldılsa daha yaxşı olar".
"Hökumət istehsalçı, ixracla məşğul olan şirkətlərin aldığı xammalın gömrük rüsumundan azad olunmasını təmin etməlidir. Yerli istehsalı formalaşdırmaq və bunu inkişaf etdirmək istəyiriksə, bu zaman xammala görə niyə rüsum olmalıdır?!", - deyə o əlavə edib.