İDMAN

Növbəti Avropa Oyunlarında ölkəmizi hansı karateçilər təmsil edəcək

İyunun 21-də start veriləcəkAvropa Oyunları Krakov şəhərində təşkil olunacaq.
Sputnik
BAKI, 24 aprel - Sputnik. Polşada keçiriləcək III Avropa Oyunlarında ölkəmizi təmsil edəcək karateçilər bəlli olub. Azərtac xəbər verir ki, mötəbər yarışda səkkiz karateçimiz medallar uğrunda mübarizə aparacaq.
Kişilərin yarışında ölkəmizin idman şərəfini Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) qoruyacaqlar.
Qadınların mübarizəsində Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) medallar uğrunda yarışacaqlar.
Üçüncü Avropa Oyunlarının karate yarışlarında 20 ölkədən 96 idmançı mübarizə aparacaq.
Krakov şəhərində təşkil olunacaq Avropa Oyunlarına iyunun 21-də start veriləcək. Yarışın bağlanış mərasimi iyulun 2-də keçiriləcək. Karate yarışları isə iyunun 22-23-də baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.