Azərbaycan-Ermənistan sərhədində vəziyyət

MN: Azərbaycan Ordusunun bölmələri tərəfindən erməni hərbi qulluqçusu öldürülməyib

Erməni hərbi qulluqçusunun ölməsi barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.
Sputnik
BAKI, 23 aprel - Sputnik. Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində açılan atəş nəticəsində erməni hərbi qulluqçusunun ölməsi barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.
Bu barədə Müdafiə Nazirliyindən bildiriblər.
"Bu xəbəri qəti surətdə təkzib edirik", - məlumatda deyilir.
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
MN: Ermənistan Laçın-Xankəndi yolunun girişində NBM qurmağa cəhd edir - VİDEO