BAKI, 23 aprel - Sputnik. Bu gün saat 06:59 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən 216-cı kilometrliyində, Nəsibova Səidə Nazim qızının idarə etdiyi “Mercedes” markalı, 90-TE-763 dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayonu istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, nəticədə, sürücünün bacısı qızı, 2014-cü il təvəllüdlü Aynişan Abdullayeva hadisə yerində həyatını itirib.
Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.