İDMAN

Azərbaycan güləşçisi Avropa çempionu olub

Həsrət Cəfərov Avropa çempionu olub, Nihat Məmmədli bürünc medal qazanıb
Sputnik
BAKI, 23 aprel - Sputnik. Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 67 kq-da çıxış edən idmançı finalda gürcüstanlı Coni Xetsuriani sınağa çəkib.
Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli isə bürünc medal görüşünə çıxıb.
60 kq-da yarışan idmançı ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb.
Rəqibinə 9:5 hesabı ilə qalib gələn Məmmədli Avropa üçüncüsü olub.