RUSİYA

Çin və Türkiyə şirkətləri Rusiyada biznes qurmaq istəklərini bildiriblər

"Yakov və Partnyorları" konsaltinq şirkətinin rəhbəri Yakov Sergienko bildirib ki, Rusiya müəssisələri öz tədarüklərini digər ölkələrə şaxələndirmək üçün imkanlar axtarırlar.
Sputnik
BAKI, 22 aprel - Sputnik. Çin, İran və Türkiyədən olan şirkətlər Rusiyada biznes qurmağı düşünür və burada yerli istehsalı inkişaf etdirməyə hazırdırlar. Bu sğzləri McKinsey-in keçmiş Rusiya bölməsinin tərəfdaşı, "Yakov və Partnyorları" konsaltinq şirkətinin rəhbəri Yakov Sergienko RİA Novosti-yə müsahibəsində bildirib.
“Ümumiyyətlə, Çin, İran, Türkiyə və digər ölkələrin şirkətləri Rusiyada işləmək istəyir və biznes əldə etməyi düşünürlər”, - Sergienko bildirib.
Onun sözlərinə görə, Çin şirkətləri maşınların və digər istehsal elementlərinin dəyişdirilməsi baxımından Rusiyanın dağ-mədən sənayesi ilə qarşılıqlı əlaqələrin artırılmasını nəzərdən keçirir.
"Avtomobil, aviasiya sənayesində böyük potensial var. Çinli həmkarlar buna hazırdırlar və artıq yerli istehsalı fəal şəkildə inkişaf etdirirlər", - o, əlavə edib.
Mənbə bildirib ki, Rusiya müəssisələri də öz tədarüklərini digər ölkələrə şaxələndirmək üçün imkanlar axtarırlar. Ekspertlər ikitərəfli investisiyalar üçün yaxşı potensial görürlər, xüsusən də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində.
"Bazarın potensialını və müştərilərimizin ehtiyaclarını nəzərə alaraq, biz BƏƏ-də təklifimizi və mövcudluğumuzu inkişaf etdiririk: Ras Al Xayma, Dubay, Abu Dabi. Yaxın gələcəkdə biz bəzi əmirliklərin bazarında mövcudluğumuzu genişləndirəcəyik. Həmçinin BƏƏ şirkətləri üçün xidmətlər təklif etməyə başlayacağıq", o, deyib.
Sergienko qeyd edib ki, oxşar tendensiyalar Hindistanda da müşahidə olunur. O, əmindir ki, hər iki ölkə ticarət-iqtisadi əlaqələrin inkişafından açıq şəkildə faydalanacaq və Rusiya biznesi nəhayət, bu bazarı ciddi qəbul etməyə başlayıb.