BAKI, 20 aprel — Sputnik. Ukraynanın yeni silah növlərinə ehtiyacı yoxdur.
Bu fikirləri Almaniya kansleri Olaf Şolts deyib.
Almaniyanın "DPA" agentliyi xəbər verir ki, Almaniya kansleri eyni zamanda, Ukraynanın uzun müddət Qərbin hərbi yardımına ehtiyac duyacağını istisna etməyib.
Xatırladaq ki, bu günlərdə Almaniyanın Kiyevə əvvəllər vəd edilmiş dörd hava hücumundan müdafiə sistemi olan "IRIS-T"-nin ikincisinin təhvil verilməsi barədə məlumat yayılıb.
Qeyd edək ki, Ukrayna, hava hücumundan müdafiə sistemi ilə birlikdə 16 ədəd sursat alıb.