RUSİYA

Rusiyada illik inflyasiya azalıb

Bu, 2020-ci ilin martından bəri Rusiyada inflyasiyanın minimum dəyəridir.
Sputnik
BAKI, 20 aprel — Sputnik. Rusiyada illik ifadədə inflyasiya aprelin 17-də bir həftə əvvəlki 3,15%-ə qarşı 2,82%-ə enib.
Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin "Mövcud qiymət vəziyyəti haqqında" icmalından belə nəticəyə gəlmək olar.
"2023-cü il aprelin 11-dən aprelin 17-dək olan həftədə inflyasiya 0,04%-ə qədər azalıb. İllik ifadədə qiymət artım tempi illik müqayisədə 2,82%-ə qədər azalmaqda davam edib", - sənəddə belə deyilir.
Bu, 2020-ci ilin martından bəri Rusiyada inflyasiyanın minimum dəyəridir (o zaman 2,5% idi).
Nazirlik qeyd edir ki, inflyasiyanın azalmasına əsas töhfə daxili reyslər üçün ucuz aviabiletlərin bərpası fonunda xidmət sektorunda qiymət artımının azalması (0,06%), habelə məişət xidmətlərinin qiymətlərinin artımının yavaşlaması olub.
"Qida sektorunda meyvə-tərəvəzin bahalaşması ilə qiymətlər 0,08% qalxıb. Digər ərzaq məhsulları üzrə isə sıfıra yaxın qiymət artımı var. Qeyri-ərzaq seqmentində isə ardıcıl ikinci həftədir ki, qiymət artımı müşahidə olunmur", - deyə İqtisadi İnkişaf Nazirliyindən bildirilib.
Rusiyanın İqtisadi İnkişaf Nazirliyi il üçün inflyasiyanın 5,3% olacağını proqnozlaşdırır.