DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KİV: Fransa və Braziliya xarici ticarətdə dollardan imtina edəcək

Türkiyə KİV-i qeyd edib ki, Fransa və Braziliya xarici ticarət hesablaşmalarında dollara alternativ tapmaq niyyətindədirlər.
Sputnik
BAKI, 20 aprel — Sputnik. Türkiyənin beynəlxalq bazarlarda ABŞ valyutasından uzaqlaşmasında uğur qazanmasından sonra Fransa və Braziliya xarici ticarət hesablaşmalarında dollara alternativ tapmaq barədə düşünüblər.
Bu baradə Turkiyənin "Haber7" qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, Paris və Braziliya Ankaradan nümunə götürərək dollardan imtina etmək istəyindən danışmağa başlayıb. Qəzet xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan 6 il əvvəl xarici ticarət hesablaşmalarının milli valyutalara köçürülməsinə çağırıb.
Xatırladaq ki, bu yaxınlarda Braziliya Prezidenti Lula da Silva BRİKS ölkələrinin ticarətdə dollara alternativ valyutalardan istifadə etməli olduğunu bildirib. Alternativ olaraq Braziliya lideri qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə etməyi təklif edib.
"KP.RU" saytı yazıb ki, Rusiya Prezidenti Vladimir Putin qarşılıqlı ticarətdə milli valyutaların getdikcə daha çox istifadə olunduğunu qeyd edərək, dollardan imtina etməyə çağırıb. Dövlət başçısı Rusiya ilə Asiya, Afrika və Latın Amerikası ölkələri arasında hesablaşmalarda Çin yuanından istifadə olunmasının tərəfdarıdır.