RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Heç bir avropalı əsgər Ukrayna ərazisinə ayaq basmayacaq - Bundestaq

Bundestaqda qeyd ediblər ki, MiQ-29 təyyarəsi ilə bağlı "hər şey fərqlidir".
Sputnik
BAKI, 20 aprel — Sputnik. Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmermann hər hansı bir avropalı əsgərin Ukrayna ərazisində olmasını istisna edərək, "bir alman və ya avropalı əsgərin" oraya ayaq basmayacağını deyib.
Bu barədə Rusiya mediası "Bild" qəzetininə istinadən xəbər verib.
"Ukraynada quru qoşunlar olmayacaq. Heç bir alman və ya avropalı əsgər Ukrayna torpağına ayaq basmayacaq", - deyə qəzet onun sözlərini sitat gətirib.
Ştrak-Zimmermann həmçinin Ukraynaya "Tornado" və "Eurofighter" qərb qırıcılarının tədarükünü istisna edib.
"Ukraynada nə "Tornado", nə də "Eurofighter" olmayacaq. Almaniyanın belə mövqeyi ukraynalı pilotların bu təyyarələri idarə etmək bacarığını tez bir zamanda əldə edə bilməməsi ilə bağlıdır",- deyə komitə rəhbəri qeyd edib.
Buna baxmayaraq, Ştrak-Zimmermanın bildirib ki, MiQ-29 təyyarəsi ilə "hər şey fərqlidir". Onun sözlərinə görə, bu qırıcı təyyarələr sovet ehtiyatlarındandır, ona görə də "onlardan dərhal istifadə etmək olar".
Xatırladaq ki, ötən həftə, aprelin 13-də Almaniya hökumətinin Varşavaya MiQ-29 qırıcılarını Kiyevə təkrar ixrac etməyə icazə verdiyi məlum olub.