DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Britaniyanın müdafiə naziri: Ukraynada hərbi əməliyyatlar gələn il də davam edəcək

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles jurnalistlərə deyib ki, Ukraynada hərbi əməliyyatlar gələn il də davam edəcək.
Sputnik
BAKI, 20 aprel — Sputnik. "Ukraynada hərbi əməliyyatlar gələn il də davam edəcək".
Bu fikirləri Böyük Britaniyanın müdafiə naziri Ben Uolles səsləndirib.
Bu barədə “The New York Times“ qəzeti yazıb və qeyd edib ki, Uolles Vaşinqtonda jurnalistlərə müsahibə verib.
Uollesin açıqlaması rəsmi Moskvada birmənalı qarşılanmayıb.
"Bu, bir daha Qərbin Ukraynada müharibəni uzatmaqda maraqlı olduğunu göstərir", - Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.