RUSİYA

Kreml Seulun Ukrayna ilə bağlı qeyri-dost mövqeyindən təəssüfləndiyini bildirib

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, Moskva buna cavab olaraq Pxenyana Rusiyanın ən yeni silahlarını göndərə bilər.
Sputnik
BAKI, 19 aprel — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynaya hərbi yardımın mümkünlüyünü etiraf edən Cənubi Koreya Prezidenti Yun Sok Yolun açıqlamasını şərh edib.
O qeyd edib ki, burada mühüm yeni heç nə yoxdur.
“Təəssüf ki, Seul bütün bu hekayədə kifayət qədər qeyri-dost mövqeyini tutub. Bu, davamıdır... Təbii ki, silah tədarükünün başlanması dolayı yolla bu münaqişədə iştirakın müəyyən bir mərhələsini ifadə edəcək”, - deyə Peskov bildirib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də Cənubi Koreya prezidentinin sözlərini şərh edib. Onun sözlərinə görə, Moskva buna cavab olaraq Pxenyana Rusiyanın ən yeni silahlarını verə bilər.
Bu yaxınlarda media mənbələrə istinadən yazıb ki, Cənubi Koreya hakimiyyəti ABŞ-la razılaşıb ki, Seul Amerikaya Ukraynaya göndərilməsinin qarşısını almaq üçün 500 min 155 mm-lik artilleriya mərmisi verəcək.