BAKI, 17 aprel — Sputnik. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov aprelin 17-də Prezident Vladimir Putinlə müdafiə naziri Sergey Şoyqu arasında keçirilən görüşdə Artyomovskdakı (Baxmut) vəziyyətin müzakirə edilib-edilmədiyini açıqlayıb.
Bu barədə Rusiya mediası xəbər verib.
Görüşdə Rusiyanın müdafiə naziri Sakit Okean Donanmasında qəfil yoxlamanın gedişatı barədə Vladimir Putinə məruzə edib.
"Xeyr, onlar bu barədə danışmayıblar", - deyə Kremlin nümayəndəsi bildirib.
Rusiya Müdafiə Nazirliyi bu yaxınlarda qeyd edib ki, "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) döyüşçüləri Artyomovskun qərbindəki dəmir yolu qovşağı uğrunda döyüşürlər.
Aprelin 13-də bildirilib ki, Donetsk şəhərinin qərb kənarında Ukrayna qoşunlarının qruplaşması praktiki olaraq bloklanıb.
"Vaqner" ÖHŞ-nin yaradıcısı Yevgeni Priqojin aprelin 11-də Rusiya qüvvələrinin Artyomovsk şəhərinin 80%-dən çoxuna nəzarəti ələ keçirdiyini bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.