İDMAN

Avropa çempionatı: Azərbaycanın üç güləşçisi finala yüksəlib

Avropa çempionatı aprelin 23-də başa çatacaq.
Sputnik
BAKI, 17 aprel — Sputnik. Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.
"Report"un məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vladislav Baytsayevi (Macarıstan) məğlub edib.
O, həlledici dueldə Givi Matçaraşviliyə (Gürcüstan) rəqib olub.
Daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) də qızıl medal uğrunda görüşə vəsiqə qazanıblar. Səbuhi Əmiraslanov (79 kq) bürünc medal, Əli Rəhimzadə (65 kq) isə təsəlliverici qarşılaşmaya çıxacaq.
Medal görüşləri sabah gerçəkləşəcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.