BAKI, 16 aprel - Sputnik. Naxçıvanda külli miqdarda narkotik vasitə aşkar edilib.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Şahtaxtı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitəsindən ümumilikdə təqribi çəkisi 71 kiloqram 800 qram narkotik vasitə-heroin aşkar edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.