CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvanda İrandan Türkiyəyə gedən yük maşınında külli miqdarda narkotik vasitə aşkarlanıb

Faktla bağlı araşdırmalara başlanılıb.
Sputnik
BAKI, 16 aprel - Sputnik. Naxçıvanda külli miqdarda narkotik vasitə aşkar edilib.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Şahtaxtı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitəsindən ümumilikdə təqribi çəkisi 71 kiloqram 800 qram narkotik vasitə-heroin aşkar edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.