DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

G7 Alyansı 2030-cu ilə qədər külək enerjisi istehsalını yeddi dəfə artırmaq niyyətindədir

Külək istehsalı nəticəsində G7 ölkələri 2021-ci ilə nisbətən 7 dəfə, günəş panelləri vasitəsilə isə 3 dəfə çox elektrik enerjisi istehsal etməyə başlayacaq.
Sputnik
BAKI, 16 aprel - Sputnik. Yaponiyanın Sapporo şəhərində keçirilən danışıqlarda G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) iqlim, enerji və ətraf mühit nazirləri 2030-cu ilə qədər külək enerjisi istehsalını 150 GVt- a çatdırmaq barədə razılığa gəliblər.
Bu barədə "Nikkei" qəzeti Yaponiyanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin məlumatına istinadən yazıb.
Bundan əlavə, tərəflər günəş panellərindən istifadə etməklə günəş enerjisi istehsalını 1 TVt-a çatdırmaq barədə razılığa gəliblər.
Qəzetin hesablamalarına görə, külək istehsalı nəticəsində G7 ölkələri 2021-ci ilə nisbətən 7 dəfə, günəş panelləri vasitəsilə isə 3 dəfə çox elektrik enerjisi istehsal etməyə başlayacaq.
G7 ölkələrinin nazirləri aprelin 15-dən 16-dək Sapporoda görüşüblər. Görüşün yekunlarına dair birgə bəyanat hələ Yaponiyanın Ətraf Mühit Nazirliyinin saytında dərc edilməyib.
Bu yaxınlarda, aprelin 15-də "ZDF" telekanalı Almaniyanın atom elektrik stansiyalarının (AES) operator-şirkətinin məlumatına istinadən xəbər verib ki, Almaniyada fəaliyyət göstərən son üç AES-lər - "İzar-2" (Bavariya), "Nekkarvesthaym-2" (Baden-Vürtemberq) və "Emsland" (Aşağı Saksoniya) fəaliyyətini dayandırıb.
22-ci il may ayının sonunda "The Economic Times" Hindistanın qərbindəki Racastan əyalətindəki Caysalmer şəhərində Hindistanın ilk günəş-külək elektrik stansiyasının yaranması haqqında yazıb.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycan və BƏƏ arasında Dənizdə Külək və Hidrogen Layihələrinə dair saziş imzalanıb