BAKI, 15 aprel - Sputnik. “Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.
O bildirib ki, bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir:
“Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!”.
Xatırladaq ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışında yerli azarkeşlərdən biri öz millətinə xas olan vandalizmi nümayiş etdirərək Azərbaycan bayrağını yandırıb. Sosial şəbəkələrdə bu tərbiyəsiz şəxsin dizayner Aram Nikolyan olduğu bildirilir.