BAKI, 15 aprel - Sputnik. Kiberdələduzlar tərəfindən vətəndaşlara ani mesajlaşma proqramları vasitəsilə mesajlar göndərilir. Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən Azərtac-a bildirilib.
Qeyd olunub ki, həmin mesajlar müəyyən internet informasiya ehtiyatına giriş məlumatlarını və balans vəsaitini əks etdirir.
"Xidmət vətəndaşlara bu kimi mesajların tərkibindəki qeyd olunan veb-ünvanlara daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir", - deyə məlumatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.