.BAKI, 14 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin RF Təhlükəsizlik Şurası ilə müşavirəsi zamanı ölkənin informasiya təhlükəsizliyi məsələlərinə baxmağı təklif edib.
Bu barədə Rusiya mediası xəbər verib.
"Məsələ bu gün bizim gündəmimizdə vacibdir, bugünkü şəraitdə isə bu, son dərəcə vacibdir. Söhbət Rusiyanın informasiya təhlükəsizliyindən gedir", - deyə dövlət başçısı aprelin 14-də baş tutan müşavirənin əvvəlində bildirib.
"KP.RU" saytı yazıb ki, bir gün əvvəl, aprelin 13-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimai Əlaqələr Mərkəzində Pentaqon və NATO-nun Ukraynanın şəbəkə infrastrukturundan istifadə edərək Rusiyaya qarşı yeni növ kiber silahlardan istifadə etdiyini qeud edib. Bildirilib ki, 2022-ci ilin əvvəlindən Rusiya kritik infrastruktura 5000-dən çox olan haker hücumunu dəf edib.
Xatırladaq ki, ötən ilin dekabrında Rusiya lideri RF Təhlükəsizlik Şurası ilə ölkənin informasiya təhlükəsizliyini təmin etmək üçün kadr hazırlığını müzakirə edib.