BAKI, 14 aprel — Sputnik. Birləşmiş Ştatlar BMT-nin aprel tədbirləri üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun xüsusi reysinin Nyu-Yorka gəlməsinə hələ icazə verməyib və nümayəndə heyətinə viza təqdim etməyib. Rusiya lazımi sənədlərin təxirə salınmadan işlənməsini tələb edir.
Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bəyan edib.
"Biz Vaşinqtonu dərhal nümayəndə heyətimizə, eləcə də jurnalistlərə viza verməyə çağırırıq. Onların verilməməsi Birləşmiş Ştatların BMT-nin mənzil-qərargahının yerləşdiyi ölkə kimi öhdəliklərinin pozulmasıdır və bu, dünya təşkilatının düzgün, tam hüquqlu fəaliyyətinə mane olur", - deyə Antonov geniş şərhində bildirib.
Onun sözlərinə görə, "nazirin xüsusi təyyarəsi ətrafında anlaşılmaz vəziyyət yaranıb".
"ABŞ hakimiyyəti hələlik təyyarənin gəlişi ilə bağlı razılığa gəlməyib. Biz amerikalıların heç bir şərt və məhdudiyyət olmadan təyyarənin uçması üçün operativ icazə verəcəklərini gözləyirik", - deyə səfir bildirib.
O vurğulayıb ki, tədbirə sayılı günlər qalsa da, qeyri-müəyyənlik hələ də davam edir.