DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Washington Post": Pentaqonun "məxfi" sənədlərini sızdıran şəxs məlum olub

Nəşrin məlumatına görə, "məxfi" məlumatları hərbi bazanın əməkdaşı dərc edib.
Sputnik
BAKI, 13 aprel — Sputnik. ABŞ-dakı hərbi bazada işləyən gənc "məxfi" qeyd olunan sənədlərin sızmasını təşkil edə bilər.
Bu barədə ABŞ-ın "The Washington Post" qəzeti yazıb.
Nəşrin məlumatına görə, məxfi məlumatlar bir müddət oyunçular arasında populyar olan platformada yayımlanıb. Qəzet, "Discord"un iştirakçılardan biri ilə əlaqə saxlayıb və o, "məxfi" qeyd olunan materialların O.G. adlı istifadəçi tərəfindən yayıldığını bildirib. Nəşr qeyd edib ki, gəncin yaşı 20-dən çox deyil. O, sənədləri işlədiyi hərbi bazada tapdığını bildirib.
"Discord"un üzvləri qəzetə bildiriblər ki, gənc "məxfi" sənədləri yayarkən nə etdiyini bilirmiş. Nəşrin məlumatına görə, qrupun bəzi üzvləri O.G.-nin əsl adını və harada yaşadığını da bildiklərini deyiblər.
Xatırladaq ki, aprelin 7-də ABŞ Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin planlaşdırılan hücum ərəfəsində artırılmasından bəhs edən "məxfi" qeyd olunan sənədlərin internetdə sızmasına görə araşdırmaya başlayıb. Bildirilib ki, "məxfi" qeyd olunan materiallarda Ukrayna hərbi hissələri, texnikası və əsgərlərin hazırlığı barədə məlumatlar olub.
"KP.RU" saytının bu yaxınlarda yazdığına görə, aprelin 10-da "Financial Times" qəzeti bildirib ki, məxfi sənədlərin sızmasının mənbəyini tapmaq asan olmaya bilər, çünki materiallar çap edilib və fotoşəkilləri çəkilib.