BAKI, 13 aprel — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,37 dollar azalaraq 86,96 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,32 dollar ucuzlaşaraq 82,94 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti isə 2,34 dollar artaraq 90,78 dollar olub.
Qeyd edək ki, ABŞ-ın kommersiya neft ehtiyatlarının artması neftin ucuzlaşmasına təsir göstərib.
Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya neft ehtiyatları 597 min barel artaraq 470 milyon 549 min barel təşkil edib. Bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 583 min barel azalacağını proqnozlaşdırırdı.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.