BAKI, 13 aprel — Sputnik. Keçmiş təmas xəttindən uzaqda, bir müddət əvvəl 2021-ci il Ermənistan istehsalı olan minaların aşkar edildiyi Laçın rayonunda növbəti mina partlayışı nəticəsində azərbaycanlı mülki şəxs xəsarət alıb. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 2020-ci ildən bəri Azərbaycanda mina qurbanlarının sayı 290 nəfərdir. Məlumatda deyilir ki, Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir.
Xatırladaq ki, Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən Vətən müharibəsindən bu günədək Müdafiə Nazirliyinin mühəndis bölmələri tərəfindən 29000 hektaradək ərazi təmizlənmiş, erməni hərbçiləri tərəfindən basdırılmış 23230 ədəd mina, eləcə də döyüş əməliyyatlarından qalma partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.