DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

MKİ direktoru Rusiya ilə Çin arasında əməkdaşlığı güclü hesab edir

Sputnik
BAKI, 12 aprel — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Rusiya və Çin arasında mövcud əməkdaşlığı yaxın hesab etdiyini etiraf edib. Bu barədə Rusiya mediası məlumat verib.

"Mən, Si Cinpin və Vladimir Putinin rəhbərliyi altında Çin və Rusiya arasında əməkdaşlığı güclü hesab edirəm. Si Cinpinin bir neçə həftə əvvəl Moskvaya səfəri də münasibətlərin bu xarakterini vurğulayır", - deyə Börns Beyker İnstitutunun analitik mərkəzində keçirilən müzakirələr zamanı bildirib.

Eyni zamanda o qeyd edib ki, ABŞ kəşfiyyatının son məlumatlarına görə, Pekin hələ də guya Rusiyanın ehtiyac duyduğu silah və sursatları Moskvaya çatdırmağa qərar verməyib.

"Prezident Co Bayden və bir sıra Avropa liderləri bu cür tədarüklərin həyata keçiriləcəyi təqdirdə Çinin başına gələcək nəticələr haqqında açıq şəkildə danışıblar", - deyə Börns xatırladıb.

O, həmçinin bildirib ki, ÇXR-in Rusiyaya silah göndərmək cəhdləri Pekinin Ukrayna münaqişəsinin həllində vasitəçi rolunu oynamaq şansını aradan qaldıracaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.