İDMAN

FİDE azərbaycanlı şahmatçını təbrik edib

Beynəlxalq Federasiya xatırladıb ki, Azərbaycanın aparıcı qrossmeysterlərindən biri dünya çempionatını iki dəfə qazanmağı bacaran yeganə şəxsdir.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Beynəlxalq Şahmat Federasiyası (FİDE) Azərbaycanın aparıcı qrossmeysterlərindən olan Şəhriyar Məmmədyarovu təbrik edib.
Bu gün, aprelin 12-də Azərbaycanın aparıcı qrossmeysterlərindən olan Şəhriyar Məmmədyarov 38 yaşını qeyd edir. Şahmatçını sosial şəbəkələrdəki səhifələrində təbrik edən FIDE bu faktı diqqətdən kənarda qalmayıb.
Şəhriyar Məmmədyarov

"Azərbaycanda № 2 və dünyada № 16 olan, bu gün 38 yaşı tamam olan Şəhriyar Məmmədyarovu ad günü münasibətilə təbrik edirik. 2820 xalla ən yüksək göstəricisi olan oyunçu reytinqində 6-cı olan Şəhriyar o zaman dünyada ikinci yeri tutub", - deyə FIDE qeyd edib.

Bundan əlavə, Beynəlxalq Federasiya vurğulayıb ki, Şəhriyar Məmmədyarov 2003 və 2005-ci illərdə iki dəfə gənclər arasında dünya çempionatını qazana bilən yeganə şahmatçıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.