BAKI, 11 aprel — Sputnik. Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsi mayın 15-də başlayacaq.
Bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 141 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak edəcək.
Müsahibə proqramına əsasən, hər bir namizədin iddia etdiyi vəzifə üzrə peşə hazırlığı və bilik səviyyəsi yoxlanılacaq.
Namizədlərlə müsahibələrin keçirilmə qrafiki Mədəniyyət Nazirliyinin rəsmi saytında yerləşdiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.