BAKI, 11 aprel — Sputnik. Rusiya və Ukraynanın hava məkanı 2029-cu ilə qədər Avropaya uçuşlar üçün bağlı qalacaq. Bu barədə Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") saytında məlumat verilib.
"Hazırda Ukrayna və Rusiya məkanının planlaşdırma üfüqünün sonuna qədər (2029-cu il) bağlı qaldığını güman edirik", - məlumatda bildirilir.
Eyni zamanda təşkilat qeyd edib ki, aviadaşımalar sahəsi koronavirus pandemiyasının yaratdığı böhrandan sonra bərpa olunmağa davam edir.
"Eurocontrol" təşkilatı həmçinin bildirib ki, Asiyadan Şimali Avropaya uçuşların sayı azalıb, çünki "marşrutları Cənub-Şərq ölkələri üzərindən yönləndirmək" lazım olub.
Xatırladaq ki, fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan sonra bir çox Qərb ölkələri öz hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıb.
Rusiya da buna cavab olaraq "güzgü" tədbirləri görüb və ölkə ərazisi üzərindən Aİ və Kanada da daxil olmaqla 36 ölkənin aviaşirkətlərinə uçuşları qadağan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.