"Digər əlvan rənglər də dəbdə olacaq, amma bu ilin əsas rəngi qırmızıdır. Parçalara gəldikdə isə qalın, toxunma parçaları cins və kətan parçalar əvəzləyəcək".
"Qış fəslində trapes şəkilli ətəklər dəbdə idi, həmin ətəklər yaz-yay geyimlərində də öz aktuallığını qoruyub saxlayır. Onların davamı gəlir, yəni diz qapağını örtən ətəklər və enli biçilmiş, dizdən aşağı şalvarlar bu ilin trendi olacaq. Bu il dar şalvarlar dəbdə olmayacaq. Enli ətək-şalvarlar və dizdən aşağı ətəklər dəbdə olacaq".
"Bu da fərdi xarakter daşıyır. Eynəklər adətən üzün quruluşuna uyğun seçilməlidir. Üz quruluşu xırda olan insanlar böyük eynəklərdən istifadə edə bilməzlər. Nə qədər böyük ölçülü eynəklər dəbdə olsa da, həmin üz quruluşuna malik insanlara yaraşmaya bilər. Bəzi aksesuarlar var ki, onlar dəbdə olsa da, onu hər adam daşıya bilmir. Qış aylarında bujiteriyalar arxa plana keçsə də, yaz və yayda onlar önə keçəcək. Aksesuar olaraq kiçik ölçülü yaylıqlar, nazik şarfları boyunda istifadə etmək dəbdə olacaq. Bujiteriyalarda isə əsasən təbii daşlar, mirvarilər dəbdə olacaq. Qeyd edim ki, təbii mirvari qışda da dəbdə idi. Yaz və yay aylarında da gündəmdən düşməyəcək".