DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Səudiyyə rəsmilərinin İrana gəlişinin səbəbi məlum oldu

Krallığın nümayəndələri şənbə günü İslam Respublikasına gəliblər, həmin gün İran Xarici İşlər Nazirliyində olublar.
Sputnik
BAKI, 9 aprel - Sputnik. Səudiyyə rəsmilərinin texniki heyəti Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin yerləşdiyi binaya baş çəkib. Bu barədə İSNA agentliyi məlumat yayıb.
Krallığın nümayəndələri şənbə günü İslam Respublikasına gəliblər, həmin gün İran Xarici İşlər Nazirliyində olublar. Nümayəndə heyətinin səfərinin məqsədi Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin açılışına hazırlıqdır.
Martın 10-da Tehran və Ər-Riyad iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərin işini bərpa etmək barədə razılığa gəliblər. İki ölkənin nümayəndələri Pekində bir neçə gün danışıqlar aparıb, nəticədə üçtərəfli bəyanat hazırlanıb.
Ər-Riyadla Tehran arasında münasibətlər 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə Ənsarullaha (husilərə) qarşı hərbi əməliyyat keçirməsi ilə gərginləşib. 2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanının İranla diplomatik əlaqələri kəsib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.