SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN Ağdaban soyqırımı ilə bağlı paylaşım edib

XİN sözçüsü Ayxan Hacızadə "Twitter" hesabında Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Ağdaban soyqırımından 31 il ötdüyünü xatırladıb.
Sputnik
BAKI, 8 aprel — Sputnik. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Ağdaban soyqırımından 31 il ötür.
Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "Twitter" hesabında paylaşım edib.
"130 evdən ibarət Ağdaban tamamilə yandırılıb, 779 dinc sakin işgəncələrə məruz qalıb. 39 nəfər xüsusi amansızlıqla qətlə yetirilib (8 nəfər 90-100 yaş arası qocalar, 2 körpə və 7 qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb", - deyə XİN sözçüsü qeyd edib.
Xatırladaq ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.
1992-ci ilin aprelin 7-dən 8-nə kecən gecə Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 67 nəfəri amansızcasına qətlə yetirərək soyqırım aktı törədiblər.
Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunub və məhv edilib.