BAKI, 8 aprel - Sputnik. Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov nənəsinin ölümü ilə əlaqədar aprelin 10-11-də Tacikistana planlaşdırılan səfərini təxirə salıb.
Bununla əlaqədar olaraq Tacikistan və Türkmənistan İşgüzar Şurasının ilk iclası və iki ölkə sahibkarlarının biznes forumu ləğv edilib.
Ötən gün Tacikistan lideri Emoməli Rəhmon Türkmənistan Xalq Şurasının sədri və eks-Prezident Qurbanqulu Berdiməhəmmədovun anası Oqulabat Berdiməhəmmədovanın vəfatı ilə bağlı başsağlığı verib.
***
Türkmən xalqının milli lideri, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri və eks-Prezident Qurbanqulu Berdiməhəmmədovun anası Oqulabat vəfat edib.
Bu barədə TDX dövlət agentliyi məlumat yayıb. Oqulabat Berdiməhəmmədovanın 86 yaşında vəfat etdiyi açıqlanıb.
Xatırladaq ki, Oqulabat Berdiməhəmmədova hazırkı dövlət başçısı Sərdar Berdiməhəmmədovun da nənəsidir.