BAKI, 8 aprel — Sputnik. Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Belçikanın Antverpen şəhərində keçirilən Dünya Kubokunda finala yüksəliblər.
Federasiyadan verilən məlumata görə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, eləcə də Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bəşiridən ibarət qadın qrupu həlledici mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, yarışa aprelin 9-da yekun vurulacaq.