BAKI, 8 aprel - Sputnik. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
Səhər saatlarında Xankəndindən gəlib, Laçın istiqamətinə maneəsiz keçid edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər geriyə qayıdıb.
Xankəndinə gedən BQXK-ya məxsus minik avtomobillərində erməni əsilli sakinlər olub (APA).