BAKI, 6 aprel - Sputnik. Rusiya və Belarus təhlükəsizlik zəmanətlərinə konseptual yanaşmalarını yeniləyəcəklər, bunu dünyada vəziyyət tələb edir. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Söhbət ondan gedirdi ki, ətraf mühitimiz əhəmiyyətli dərəcədə dəyişdiyindən, təhlükəsizlik sahəsində beynəlxalq vəziyyət dəyişdiyindən biz konseptual yanaşmalarımızı yeniləməliyik. Rusiya Federasiyası isə təbii ki, müttəfiq və inteqrasiyanın ən qabaqcıl formasında olduğumuz bir ölkə kimi Belarusa təhlükəsizlik təminatının verilməsi imkanlarını nəzərdən keçirməlidir”, - deyə Rusiya və Belarus liderlərinin görüçü barədə danışan Peskov bildirib.
POnun sözlərinə görə, İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında Rusiyanın strateji nüvə silahlarının yerləşdirilməsi barədə heç bir söhbət olmayıb.
"Dünənki söhbətdə bunun nə dərəcədə müzakirə olunduğunu deyə bilmərəm - söhbət həqiqətən çox uzun idi, amma bu gün bu barədə heç bir söhbət olmayıb", - deyə Peskov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.