"Biz bunu Məşədi Dadaş məcsidinin icması ilə də müzakirə etmişik. Ənənəvi olaraq 40 mərasimindən sonra məscidə din xadimləri təyin olunacaq. Əminəm ki, Elmir də orada fəaliyyətini davam etdirəcək", - deyə komitə sədri qeyd edib.
"Bunun qarşısını almaq üçün Dini Komitə kifayət qədər səbrlə, məqsədyönlü şəkildə iş aparıb. Məscidlərdə təyinatlar səlahiyyəti Komitəyə keçəndən sonra ölkəmizdə təhsil almış, dövlətimizin maraqlarını ifadə etməyə qadir olan 120-yə yaxın şəxs təyinat alıb. 118 din xadimi isə işindən uzaqlaşdırılıb".
"İran rejimi dini ideologiya və siyasət adı altında təlqin etməyə çalışır, Azərbaycan və digər ətraf ölkələrə özünün dövlət din modelini yaymaq istəyir. Azərbaycanda da bu təbliğatı aparmaq üçün sosial şəbəkələr üzərindən kampaniyalar aparıb. Bunun qarşısını almaq üçün geniş işlər görülüb və görülməkdədir", - deyə M. Qurbanlı bildirib.